KİV: Ermənistanda rektor və daha bir neçə nəfər saxlanılıb

Baş səhifə

Ermənistanda Pedaqoji Universitetin rektoru Srbui Qevorkyan və ali məktəbin bir neçə əməkdaşı saxlanılıb.

APA xəbər verir ki, bu barədə Ermənistan mediası məlumat yayıb.

Universitetin mətbuat katibi Diana Markosyanın verdiyi məlumata görə, hazırda universitetdə istintaq hərəkətləri aparılır.

Onun sözlərinə görə, rektor Srbui Qevorkyan və digər əməkdaşlar saxlanılmayıb, onlar iş üzrə şahid qismində dindirirlər.