
Bakı. Trend:
Gürcüstandan damazlıq və yetişdirmə məqsədilə (kəsim məqsədilə
idxal edilən heyvanlar istisna olmaqla) heyvanların ölkəmizə idxalı
2025-ci il 25 oktyabr tarixindən etibarən məhdudlaşdırılır.
Trend
xəbər verir ki, bu barədə AQTA məlumat yayıb.
Bildirilib ki, ölkəyə idxal olunan heyvanlar karantinə
yerləşdiriləcək, onlara klinik baxış keçirilərək laborator
diaqnostik nümunələrin götürülməsi prosesi davam etdiriləcək:
“Həmçinin mümkün infeksiya yayılmasının qarşısını almaq üçün
Gürcüstan mənşəli iri və xırdabuynuzlu heyvanların respublika
ərazisindən keçməklə tranzit daşınması, habelə Gürcüstandan
damazlıq və yetişdirmə məqsədilə (kəsim məqsədilə idxal edilən
heyvanlar istisna olmaqla) heyvanların ölkəmizə idxalı 2025-ci il
25 oktyabr tarixindən etibarən məhdudlaşdırılır”.

