Kürdəmir şəhərində uşaq bağçasında yanğın baş verib

Baş səhifə

Bakı. Trend:

Kürdəmir şəhərində yerləşən uşaq bağçasında yanğın hadisəsi baş
verib.

Trend xəbər verir
ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.

Məlumata görə, şəhərdə fəaliyyət göstərən bağçanın ərazisində 7
m² sahədə taxta tullantıları, həmçinin ümumi sahəsi 800 m² olan
ikimərtəbəli, 16 otaqlı binanın iki otağında yanar konstruksiyalar
50 m² sahədə yanıb.




Bundan əlavə, 2 ədəd pəncərə çərçivəsi, 8 ədəd çarpayı və dam
örtüyünün taxta atmaları 25 m² sahədə yanıb.

Bağça binasının qalan hissəsi yanğından mühafizə olunub. Hadisə
yerinə cəlb olunan yanğından mühafizə bölmələri alovu tam
söndürüb.

Hadisə nəticəsində xəsarət alan olmayıb. Yanğının səbəbləri
araşdırılır.