Braziliya və ABŞ münasibətləri yeni səviyyəyə yüksəlib

Baş səhifə

Bakı. Trend:

Braziliya və ABŞ arasındakı münasibətlər yeni səviyyəyə
qalxıb.

Trend xəbər verir
ki, bunu Braziliyanın maliyyə naziri Fernando Haddad açıqlayıb.

“Münasibətlərdə ab-hava dəyişib. Bundan sonra nə olacağını hələ
bilmirəm, amma inanıram ki, biz siyasi məsələləri iqtisadi
məsələlərdən ayırmaqla daha isti münasibətlərə yol açmışıq”, –
nazir bildirib.




Oktyabrın 16-da Braziliyanın xarici işlər naziri Mauro Vieyra
ABŞ dövlət katibi Marko Rubio ilə görüşəcək. Danışıqların
mövzularından biri ABŞ-ın Braziliya mallarına tətbiq edəcəyi
rüsumlar olacaq.

Görüş Braziliya prezidenti Luiz İnasio Lula da Silva ilə ABŞ
prezidenti Donald Tramp arasında telefon danışığından sonra baş
tutub. İki lider Malayziyada keçiriləcək ASEAN sammiti zamanı baş
tuta biləcək təkbətək görüşə razılaşıblar. Braziliya lideri ABŞ-a
səfərə hazır olduğunu da bildirib.