
Bakı. Trend:
Birləşmiş Millətlər Təşkilatının Məskunlaşma Proqramının
(BMT-Habitat) icraçı direktoru Anaklaudiya Rossbax qarşıdan gələn
Ümumdünya Şəhərsalma Forumuna (WUF13) verdiyi dəstəyə görə
Azərbaycana təşəkkürünü bildirib.
Trend xəbər verir
ki, icraçı direktor bu barədə rəsmi “X” hesabında paylaşım
edib.
“Mənim üçün Prezident İlham Əliyevlə görüşüb şəhərsalma
inkişafının prioritetlərini müzakirə etmək böyük şərəf idi.
Azərbaycanın Üçüncü Milli Şəhərlər Forumunun (NUFA3) hansı şəkildə
keçirilməsi məni həqiqətən təsirləndirdi.Həmçinin, may ayında
Bakıda keçiriləcək Ümumdünya Şəhərsalma Forumuna (WUF13) hazırlıq
prosesində göstərilən fəal dəstəyə görə hökumətə təşəkkürümü
bildirirəm. Əməkdaşlığımızın davamını səbirsizliklə gözləyirəm”,-
deyə Anaklaudiya Rossbax yazıb.

