
Bakı. Trend:
Bu ilin III rübündə Azərbaycanda mənzillərin bahalaşması qeydə
alınıb.
Trend bu
barədə Dövlət Statistika Komitəsindən məlumat əldə edib.
Belə ki, 2025-ci ilin III rübündə mənzil bazarında qiymət
indeksi 2025-ci ilin II rübü ilə müqayisədə 1,6 faiz bahalaşıb.
Bahalaşma ilkin mənzil bazarı üzrə 3,2 faiz, təkrar mənzil
bazarı üzrə 1,6 faiz təşkil edib.
Bununla yanaşı, 2025-ci ilin yanvar-sentyabr aylarında mənzil
bazarında qiymət indeksi 2024-cü ilin eyni dövrünə nisbətən 12,7%
artıb.
Bu dövr ərzində bahalaşma ilkin mənzil bazarında 12,5%, təkrar
mənzil bazarında isə 12,8% olub.

