
Bakı. Trend:
Bu ilin yanvar–avqust aylarında Azərbaycandan Gürcüstana 169,5
milyon ABŞ dolları dəyərində 1,6 milyard kubmetr (qaz halında)
təbii qaz ixrac edilib.
Trend bu haqda
Azərbaycanın Dövlət Statistika Komitəsinə istinadən xəbər
verir.
Ötən ilin eyni dövrü ilə müqayisədə bu göstərici məbləğ
ifadəsində 62 milyon dollar və ya 1,6 dəfə, həcminə görə isə 922
milyon kubmetr və ya 2,5 dəfə artıb.
Müqayisə üçün qeyd edək ki, 2024-cü ilin yanvar–avqust aylarında
Azərbaycandan Gürcüstana təxminən 629,1 milyon kubmetr təbii qaz
ixrac olunmuşdu, bu ixracın ümumi dəyəri 107,2 milyon ABŞ dolları
idi.
Qeyd edək ki, cari ilin yanvar–avqust aylarında Azərbaycandan
xaricə ümumilikdə 6 milyard ABŞ dolları dəyərində 16,5 milyard
kubmetr təbii qaz ixrac edilib.

