Avtomobil nəqliyyatı ilə yük və sərnişin daşımaları artıb

Baş səhifə

Bakı. Trend:

Bu ilin yanvar-sentyabr aylarında nəqliyyat sektorunda
daşımaların həcmində xüsusi çəkisi ən böyük olan avtomobil
nəqliyyatı ilə 108,9 milyon ton yük, 1,392 milyard sərnişin
daşınıb.

Bu barədə Trend Dövlət Statistika Komitəsinə istinadən xəbər
verir.




Məlumata görə, 2024-cü ilin yanvar-sentyabr ayları ilə
müqayisədə bu göstəricilərdə müvafiq olaraq 6,2 faiz və 6,3 faiz
artım qeydə alınıb.

Sərnişinlərin 95,6 faizi avtobus, 4,4 faizi isə minik
taksilərinin xidmətlərindən istifadə edib. Yük dövriyyəsi 7,7 faiz,
sərnişin dövriyyəsi isə 8,6 faiz artıb.