“Mançester Yunayted” braziliyalı futbolçu ilə müqaviləni uzadacaq

Baş səhifə

Bakı. Trend:

Kasemiro növbəti mövsümdə də “Mançester Yunayted”də qala bilər.
Braziliyalı futbolçunun müqaviləsi qarşıdakı yayda başa çatır.

Trend xəbər verir ki, “Manchester Evening News”un məlumatına görə, yeni müqavilə yalnız
yarımmüdafiəçi maaşını əhəmiyyətli dərəcədə azaltmağa razılaşarsa
imzalana bilər. Hazırda o, həftədə təxminən 300 min funt qazanır və
komandanın ən çox maaş alan futbolçularından biridir.




“Mançester Yunayted”in Kasemiro ilə müqaviləni bir il uzatmaq
opsiyası var, lakin klub maliyyə şərtlərinin dəyişdirilməsini
müzakirə etmək niyyətindədir.