
2025-ci ilin yanvar-sentyabr aylarında Azərbaycanda 2349 kq qızıl, 2984,3 kq isə gümüş istehsal edilib.
“APA-Economics” Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, ölkədə qızıl istehsalı ötən ilin müvafiq dövrü ilə müqayisədə 34.1%, gümüş istehsalı isə 29.3% artıb.
Qeyd edək ki, 2025-ci ilin oktyabr ayının 1-nə Azərbaycanda qızıl və gümüş üzrə hazır məhsul ehtiyatı müvafiq olaraq 142.2 kq və 759.1 kq təşkil edib.
Xatırladaq ki, 2024-cü il ərzində ölkədə 2663.5 kq qızıl, 3184.9 kq isə gümüş istehsal edilib.

