
Gəncədə yol-nəqliyyat hadisəsi baş verib.
APA-nın yerli bürosunun məlumatına görə, hadisə şəhərin Yeni Gəncə qəsəbəsində qeydə alınıb. İki minik maşını toqquşub. Qəzada 3 nəfər – 2009-cu il təvəllüdlü S.Paşayev, 2007-ci il təvəllüdlü S.Əliyev və 1994-cü il təvəllüdlü T.Muradova xəsarət alaraq xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.

