
Bakı. Trend:
2026-cı il futbol üzrə dünya çempionatının Avropa zonası üzrə
seçmə mərhələsində bu gün səkkiz qarşılaşma baş tutacaq.
Trend xəbər verir
ki, günün ilk oyununda San Marino Kiprlə üz-üzə gələcək.
Digər matçlarda isə Farer adaları Çexiya ilə, Niderland
Finlandiya ilə, Şotlandiya Belarusla, Xorvatiya Cəbəllüttariq ilə,
Danimarka Yunanıstan ilə, Litva Polşa ilə, Rumıniya isə Avstriya
ilə qarşılaşacaq.
Saat 17:00, San Marino – Kipr;
Saat 20:00, Farer adaları – Çexiya;
Saat 20:00, Niderland – Finlandiya;
Saat 20:00, Şotlandiya- Belarus;
Saat 22:45, Xorvatiya- Cəbəllüttariq;
Saat 22:45, Danirmarka – Yunanıstan;
Saat 22:45, Litva – Polşa;
Saat 22:45, Rumıniya – Avstriya.

