ABŞ-də zavodda partlayış nəticəsində 16 nəfər həlak olub

Baş səhifə

Bakı. Trend:

Tennessi ştatında hərbi partlayıcılar istehsal edən “Accurate
Energetic Systems” zavodunda baş verən partlayış nəticəsində 16
nəfər həlak olub.

Trend xəbər verir
ki, bu barədə “Associated Press” məlumat yayıb.

Bildirilib ki, həlak olanların ailələrinə artıq məlumat
verilib.




Müstəntiqlər yanan binada sübutların toplanması üzərində
çalışırlar, lakin partlayışın səbəbi hələ müəyyən edilməyib.

Hadisə oktyabrın 10-da səhər saatlarında baş verib. NBC News-un
yaydığı peyk görüntülərinə əsasən, zavod binası tamamilə dağılıb və
ərazidə yalnız səpələnmiş dağıntılar qalıb.