Dəmiryol Muzeyində açıq qapı günləri keçiriləcək

Baş səhifə

Azərbaycanda dəmir yollarının yaranmasının 145 illik yubileyi
münasibətilə Azərbaycan Dəmiryol Muzeyində açıq qapı günləri
keçiriləcək.

Trend bu barədə “Azərbaycan Dəmir Yolları” QSC-yə istinadən xəbər verir.

Məlumata görə, 14-19 oktyabr tarixlərində muzeyə giriş pulsuz
olacaq.




“Bu fürsətdən siz də yararlanın – muzeydə dəmir yollarının 145
illik tarixinə səyahət edənlərdən olun”, – deyə ADY-dən
bildirilib