Bakı. Trend:
Qatarda halı pisləşmiş sərnişin “28 May” stansiyasında
düşürüldükdən qısa vaxt sonra vəfat edib.
Trend
xəbər verir ki, bu barədə “Bakı Metropoliteni” QSC məlumat
yayıb.
Bildirilib ki, məlumat daxil olan kimi təcili tibbi yardım
briqadası çağırılıb və qatardan düşürülən kimi sərnişinə ilkin
yardım göstərilib.
70-75 yaş arası kişi sərnişinin ölüm faktı ilə əlaqədar
aidiyyəti üzrə qurumlara məlumat verilib.

