
Bakı. Trend:
Ölkənin aparıcı korporativ maliyyə institutu “PAŞA Bank” mobil
POS-terminal məhsulu “mPOS” üçün 31 dekabr 2025-ci il tarixinədək
endirim kampaniyası elan edir.
Kampaniya çərçivəsində sahibkarlar “mPOS” mobil pos-terminal
üzərindən “Visa” kartları ilə qəbul edilən ödənişlərə görə
komissiya ödəməyəcəklər.
“mPOS” məhsulu Android əsaslı smartfonları POS-terminala
çevirərək sahibkarlara nağdsız ödənişləri asanlıqla qəbul etmək
imkanı yaradır. Sahibkarlar depozit və dövriyyə tələbi olmadan
mobil POS-terminalı istifadə edərək təmassız ödənişləri telefonları
ilə qəbul edə bilərlər.
Xüsusi təklifdən yararlanmaq üçün sahibkarlar “mPOS”-u “PAŞA
Bank Biznes” paltformalarından pulsuz sifariş edə, 31 dekabra qədər
“Visa” kartları ilə ödənişləri 0% komissiya ilə qəbul edə
bilərlər.Kampaniya həm cari, həm yeni “mPOS” müştəriləri üçün
keçərlidir. Daha ətraflı məlumat üçün linkə keçid edin.
“PAŞA Bank” sahibkarların maliyyə əməliyyatlarını daha rahat,
çevik və sərfəli etmək üçün məhsul və xidmətlərini yeniləməkdə
davam edir. Bank 2025-ci ildə real sektorun və biznesin dayanıqlı
inkişafına verdiyi töhfələrə görə “International Investor” və
“Euromoney” beynəlxalq nəşrləri tərəfindən “Azərbaycanın ən yaxşı
bankı” elan edilib, həmçinin “Stevie Awards” tərəfindən “İlin
şirkəti” nominasiyasında “Gold Stevie” mükafatı qazanan ilk
Azərbaycan bankı olub. Bundan başqa, “PAŞA Bank” bu il “Global
Finance” nəşri tərəfindən təqdim edilən “World’s Best Private Banks
2025” mükafatlarının qaliblərindən biri olaraq tanınıb.
Əlavə məlumat üçün Bankın Biznes Mərkəzlərinə və ya *8123 /
(+99412) 4965004 (korporativ müştərilər üçün) , *9123 / (+99412)
4965000 (fərdi müştərilər üçün) Əlaqə Mərkəzinə müraciət edə
bilərsiniz.

