Bu gün Nobel Sülh Mükafatının qalibinin adı açıqlanacaq

Baş səhifə

Bakı. Trend:

Bu gün bu il üçün Nobel Sülh Mükafatını qazanacaq şəxs və ya
təşkilatın adı elan ediləcək.

Trend xəbər verir ki, 2025-ci
il üzrə mükafata ümumilikdə 338 namizəd irəli sürülüb. Onlardan
244-ü fərdi şəxs, 94-ü isə təşkilatdır.




ABŞ Prezidenti Donald Tramp da namizədlər siyahısına daxildir.
O, Barak Obamadan 16 il sonra (2009-cu ildə) Nobel Sülh Mükafatını
qazanan növbəti ABŞ prezidenti olmağa çalışır.