İmişlidə yol qəzası olub, ölən və xəsarət alanlar var

Baş səhifə
İmişlidə yol qəzası olub, ölən və xəsarət alanlar var

İmişli rayonunda ağır yol qəzası baş verib.

“Report”un Muğan bürosunun məlumatına görə, hadisə Hacıqabul-Bəhrəmtəpə-Mincivan avtomobil yolunun İmişlinin Məzrəli kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, iki “Mercedes” markalı minik avtomobilinin toqquşması nəticəsində 1 nəfər ölüb, 4 nəfər xəsarət alıb.

Hazırda onların şəxsiyyəti dəqiqləşdirilir.

Hadisə ilə bağlı “Report”un yerli bürosunun sorğusuna TƏBİB-dən bildirilib ki, 09.10.2025-ci il tarixində saat 14:00 radələrində İmişli rayonu ərazisində baş verən yol-nəqliyyat hadisəsi səbəbilə 5 nəfər (1-i uşaq olmaqla 3-ü kişi cinsli, 2-si qadın cinsli) İmişli Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.

Yaralılara kəllə əsasının sınığı, daxili orqanların zədələnməsi, travmatik şok, bədənin müxtəlif nahiyələrinin travmaları diaqnozları təyin olunub və zəruri tibbi xidmətlər göstərilib.

Vəziyyətləri qənaətbəxş qiymətləndirilən 4 nəfərin müalicəsi Təcili tibbi yardım şöbəsində davam etdirilir.

Zəruri instrumental-diaqnostik müayinələrə və həkimlərin çoxsaylı səylərinə baxmayaraq 2004-cü il təvəllüdlü şəxsin (kişi cinsli) ölüm faktı qeydə alınıb.