ABŞ və Ermənistan nümayəndələri TRIPP layihəsinin həyata keçirilməsini müzakirə ediblər

Baş səhifə

Bakı.Trend:

Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan ABŞ-nin xüsusi
nümayəndəsinin baş müşaviri Ariye Laytstoun ilə görüş keçirib.

Bu barədə Ermənistan Xarici İşlər Nazirliyi məlumat yayıb.
Bildirilib ki, görüş zamanı tərəflər TRIPP layihəsinin həyata
keçirilməsini müzakirə ediblər.

Görüşdə Transxəzər Müəssisələr Fondunun sədri Konstantin Sokolov
da iştirak edib.




Həmsöhbətlər Ermənistan və Azərbaycan arasında bərqərar olmuş
sülhün regionun iqtisadi və nəqliyyat potensialının maksimum
reallaşdırılması üçün yeni imkanlar yaratdığını vurğulayıblar.

Bundan əlavə, tərəflər sülhün daha da möhkəmləndirilməsi,
regional əməkdaşlığın inkişafı və TRIPP layihəsi çərçivəsində
təşəbbüslərin irəlilədilməsinə yönəlmiş mümkün addımları da
nəzərdən keçiriblər.