Bakı. Trend:
BMT maliyyə çatışmazlığı səbəbindən sülhməramlı qüvvələrin
sayını təxminən 25 faiz azaltmağı planlaşdırır.
Trend xəbər verir
ki, bu barədə jurnalistlərə BMT-nin yüksək vəzifəli nümayəndəsi
məlumat verib.
Onun sözlərinə görə, dünyada həyata keçirilən sülhməramlı
əməliyyatlarda iştirak edən şəxsi heyətin sayı 13–14 min nəfər
azaldıla bilər. Bu addım maliyyə vəsaitlərinin çatışmazlığı ilə
əlaqələndirilir.
Rəsmi qeyd edib ki, üzv dövlətlər tərəfindən ödənişlərin
gecikdirilməsi və bəzilərinin ümumiyyətlə vəsait ayırmaması BMT-nin
fəaliyyətinə ciddi təsir göstərir.
Təşkilatın ən böyük donorlarından biri olan ABŞ da daxil olmaqla
bir neçə ölkə BMT-nin müntəzəm büdcəsinə və sülhməramlı
əməliyyatlara ümumilikdə təxminən 3 milyard dollar borcludur. Bunun
1,5 milyard dolları əsas büdcəyə, qalan hissəsi isə sülhməramlı
missiyaların xərclərinə aiddir.

