Manat və xarici valyutada müddətli kredit qoyuluşu həcmi açıqlanıb

Baş səhifə

Bakı. Trend:

Bu ilin sentyabrın 1-nə Azərbayacanda kredit təşkilatlarının
müddətlər üzrə kredit qoyuluşlarının cəmi məbləği 30,465 milyard
manat, vaxtı keçmiş kreditlərin həcmi isə 530,9 milyon manat təşkil
edib.

Trend-in
Azərbaycan Mərkəzi Bankına istinadən məlumatına görə, cəmi kredit
qoyuluşlarının 26,4 milyard manatını milli valyutada kreditlər
təşkil edib.

Milli valyutadakı kreditlərin 434,3 milyon manatının ödəmə vaxtı
keçib.




Hesabat dövründə cəmi kredit qoyuluşlarının 4,1 milyard manatı
xarici valyutada verilmiş kreditlər olub ki, bu kreditlərin də 96,6
milyon manatının ödəmə vaxtı keçib.

Ötən ilin eyni dövrü ilə müqayisədə 2025-ci ilin sentyabrın 1-nə
milli valyutada qoyulmuş kreditlər 2,8 milyard manat və ya 10,2%
artıb, xarici valyutada qoyulmuş kreditlər isə 533,6 milyon manat
və ya 11,6% azalıb.

Hesabat dövründə milli valyutadakı cəmi kreditlərin 4,2 milyard
manatını qısamüddətli, 22,1 milyard manatını uzunmüddətli
kreditlər, xarici valyutadakı kreditlərin isə 706,2 milyon manatını
qısamüddətli, 3,4 milyard manatını isə uzunmüddətli kreditlər
təşkil edib.