Kimya üzrə nobel mükafatı təqdim olunub

Baş səhifə

Bakı. Trend:

ABŞ-nin Karolina institutunun Nobel Assambleyası metalorqanik
karkas strukturların inkişafına verdikləri töhfəyə görə Yaponiyadan
olan Susumi Kitaqava, avstraliyadan olan Riçard Robson və
Amerikadan olan Omar Yaqiyini kimya üzrə 2025-ci il nobel
mükafatına layiq görüb.

Trend xarici
KİV-lərə istinadən xəbər verir ki, təntənəli mükafatlandırma
mərasimi Stokholmda baş tutub.




Bundan əvvəl 2025-ci il üzrə Fizika üzrə Nobel mükafatı kvant
mexanikası sahəsində apardıqları tədqiqatlara görə amerikalı
alimlər Con Klark, Mişel H. Devore və Con M. Martinisə təqdim
olunmuşdu. Onlar elektrik dövrəsində makroskopik kvant-mexaniki
tunelləşmə və enerji kvantlaşmasını kəşf ediblər.

Fiziologiya və tibb üzrə Nobel mükafatının laureatları isə
amerikalılar Meri Brunkov, Fred Ramsdell və yaponiyalı Şimon
Sakaguçi olub – onlar immunitetin niyə orqanizmin öz hüceyrələrinə
hücum etmədiyini müəyyən ediblər.