SOCAR Bolqarıstanda neft emalı zavodu almaqda maraqlıdır

Baş səhifə

Bakı. Trend:

Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Rusiyanın “LUKOYL”
şirkətinin Bolqarıstandakı neft emalı zavodunda maraqlı olduğunu
bildirib.

Bu barədə Trend
məlumatlı mənbə bildirib.

Qeyd edək ki, Bolqarıstan mənbələrinin məlumatına görə, SOCAR
Türkiyənin “Cengiz” holdinqi ilə birlikdə Burqasdakı “LUKOIL” neft
emalı zavodunu almaq üçün konsorsium yaradıb.




Aktiv üçün digər iddiaçılar arasında beynəlxalq treyder “Vitol”,
Macarıstanın “MOL Group”, Qazaxıstanın milli neft şirkəti “KazMunayGas” və Türkiyənin “OYAK” pensiya fondu var.

SOCAR və “LUKOYL” bu məlumatı şərh etməyiblər.

“SOCAR Bolqarıstanın müvafiq dövlət qurumları və şirkətləri ilə
müxtəlif sahələrdə – qaz təchizatı, qazın bölüşdürülməsi, neft
məhsulları bazarında mövqeyinin genişləndirilməsi üzrə
Bolqarıstanda uzunmüddətli qarşılıqlı faydalı əməkdaşlıq
strategiyası həyata keçirir. Təbii ki, bu baxımdan “LUKOYL”in
Bolqarıstandakı aktivləri də şirkət üçün maraqlıdır. SOCAR bu
məsələni araşdırıb, müvafiq məsləhətləşmələr və danışıqlar aparıb”,
– deyə agentliyin həmsöhbəti bildirib.