Kənan Yıldız ən bahalı türk futbolçu oldu –

Baş səhifə

İtaliya nəhəngi “Yuventus”da çıxış edən Kənan Yıldızın bazar dəyəri qısa müddətdə 50 milyon avrodan 75 milyon avroya yüksəlib.

Metbuat.az xəbər verir ki, Kənan Yıldız bazar dəyəri ilə Türkiyə futbolu tarixinin ən dəyərli oyunçusu olub. Kənan Yıldızı keçən həftə bazar dəyərini 15 milyon avro artıraraq 60 milyon avroya çıxaran “Real Madrid”in ulduzu Arda Gülər izləyir.

“Yuventus” ilə 2023-cü ildə müqavilə imzalayan və o dövrdə 1 milyon avro dəyərində olan milli futbolçu, keçən iki ildə dəyərini 75 milyon avroya qədər artırmağı bacarıb. “Çelsi” və “Arsenal”ın yaxından təqib etdiyi Kənan Yıldız bu mövsüm “Yuventus”da 8 oyunda 2 qol vurub və 4 məhsuldar ötürmə edib.

Türkiyə futbol tarixinin ən dəyərli oyunçuları (Transfermarkt):

Oyunçu Adı Dəyəri (Milyon Avro) İl
Kənan Yıldız 75 2025
Arda Gülər 60 2025
Hakan Çalhanoğlu 45 2024
Çağlar Söyüncü 45 2021
Orkun Kökçü 35 2023
Cengiz Ünder 35 2018
Arda Turan 35 2015
Ozan Kabak 32 2020
Ferdi Kadıoğlu 30 2024
Merih Dəmirəl 30 2020

You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.