Bakı. Trend:
İngiltərə milli komandasının heyətində ciddi itki baş verib.
Trend xəbər verir ki, “Çelsi”nin kapitanı Ris Ceyms heyətdən kənarlaşdırılıb. Bu barədə
yerli federasiyanın mətbuat xidməti məlumat yayıb.
25 yaşlı sağ cinah müdafiəçisi zədəlidir. Ceymsin əvəzinə baş
məşqçi Tomas Tuxel milliyə “Mançester Siti”də çıxış edən Niko
O’Rayli çağırıb.
Qeyd edək ki, İngiltərə millisi DÇ-2026-nın seçmə mərhələsi
çərçivəsində Uels və Latviya ilə qarşılaşacaq.

