
Bakı.Trend:
Neftçala rayonu Cəngən kəndində 111 abonentin qaz təchizatının
dayandırılması planlaşdırılır.
Trend xəbər
verir ki, bu barədə “Azəriqaz” İB-dən məlumat verilib.
Bildirilib ki, Neftçala rayonu Cəngən kəndində yerləşən orta
məktəbə təbii qazın verilməsi ilə bağlı yeni çəkilmiş qaz xəttinin
qaz təchizatı mənbəyi seçilmiş diametri 219 mm-lik “Cəngən kənd”
orta təzyiqli daşıyıcı qaz kəmərinə qoşulması məqsədi ilə əlaqədar
07.10.2025-ci il saat 10:30-dan etibarən işlər başa çatanadək
Cəngən kəndində (ümumi 111 abonent) qaz təchizatının dayandırılması
planlaşdırılır.
“Təbii qazın verilişinin dayandırıldığı müddət ərzində qaz
təchizatı avadanlıqlarını nəzarətdə saxlamağınızı və təhlükəsizlik
tədbirlərinə riayət etməyinizi xahiş edirik”,- qurumdan əlavə
olunub.

