Bakı-Qazax magistral yolunda avtomobil piyadanı vuraraq öldürüb

Baş səhifə
Bakı-Qazax magistral yolunda avtomobil piyadanı vuraraq öldürüb

Bakı-Qazax magistral yolunda avtomobil piyadanı vuraraq öldürüb.

“Report”un Qərb bürosunun məlumatına görə, hadisə magistral yolun Şəmkir rayon ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, yolu qarşı tərəfə keçmək istəyən piyadanı avtomobil vuraraq öldürüb.

Piyadanın kimliyi dəqiqləşdirilir.

Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.