
Bakı. Trend:
Ötən gün qanunsuz silah-sursat aşkar edilib.
Trend xəbər verir ki, bu barədə Daxili İşlər
Nazirliyi məlumat yayıb.
Bildirilib ki, oktyabrın 3-də polis əməkdaşları paytaxt və
respublikanın ayrı-ayrı rayonlarında 12 avtomat silahı, 7 tapança,
1 tüfəng, 1 patron darağı və 13 ədəd müxtəlif çaplı patron aşkar
edərək götürüblər.
Qeyd edək ki, Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən
qanunsuz saxlanılan odlu silah-sursatın aşkar olunaraq götürülməsi
istiqamətində əməliyyat və profilaktik tədbirlər davam
etdirilir.

