P. Diddi insan alveri ittihamı üzrə həbs edilib

Baş səhifə

Bakı. Trend:

Nyu-York məhkəməsi reper və iş adamı Şon Kombsu (P.Diddi) dörd
il iki ay müddətinə azadlıqdan məhrum edib.

Trend-in
məlumatına görə, bu barədə “NBC News” telekanalı xəbər yayıb.




Bildirilir ki, reper insan alveri ittihamı üzrə iki epizodda
təqsirli bilinib. Prokurorlar isə məhkəmədən ona 11 ildən artıq
həbs cəzası tələb edirdilər.

Qeyd edək ki, 2025-ci ildə P.Diddi reket və insan alveri ilə
bağlı daha ağır ittihamlar üzrə bəraət almışdı.