
ABŞ ordusu Venesuela sahillərində qayığa raket zərbələri
endirib.
Metbuat.az xəbər verir ki, bu barədə ABŞ-nin müdafiə naziri Pit Heqset
açıqlama verib. O, qayığın beynəlxalq sularda narkotik daşıdığı üçün
vurulduğunu bildirib. Pit Heqsetin sözlərinə görə, hücum zamanı qayıqda olan 4
nəfər həlak olub. Hərbi əməliyyat zamanı ABŞ qüvvələrinə zərər dəyməyib. Məlumata
görə, bundan əvvəl də ABŞ qüvvələri Venesuela sahillərində əməliyyat keçirib.
Bundan əvvəlki 3 əməliyyatda ümumilikdə 17 nəfər həlak olub.
Qeyd edək ki, ABŞ
tərəfi ölkəyə narkotik daşındığını irəli sürüb.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.

