Paytaxtın bu ərazisində küçəyə yerləşdirilən qurğular yığışdırılıb (FOTO)

Baş səhifə

Bakı. Trend:

Nərimanov rayonu, Mirzəbala Məmmədzadə küçəsində ictimai iaşə
obyektlərinin qarşısında yerləşdirilən dibçəklər və günlüklərin
piyada səkisini zəbt edərək sakinlərin sərbəst hərəkətinə mane
olması ilə bağlı daxil olmuş müraciətlər əsasında Dövlət Şəhərsalma
və Arxitektura Komitəsi yanında Bakı Şəhər Memarlıq və Şəhərsalma
Baş İdarəsinin əməkdaşları tərəfindən əraziyə baxış keçirilib.

Komitədən Trend-ə verilən
xəbərə görə, baxış nəticəsində müəyyən edilib ki, küçədə
quraşdırılan dibçəklər və günlüklər piyadaların təhlükəsiz və
maneəsiz hərəkətinə ciddi çətinlik yaradır.




Bildirilir ki, Nərimanov Rayon İcra Hakimiyyətinin
əməkdaşlarının iştirakı ilə sözügedən qurğular yığışdırılıb və
piyada səkisi əvvəlki vəziyyətinə qaytarılıb.