MDB Oyunları: Bu gün güləş və karate yarışlarına start veriləcək

Baş səhifə

Bakı. Trend:

Azərbaycanın ilk dəfə ev sahibliyi etdiyi III MDB Oyunlarında bu
gün 9 idman növü üzrə yarışlar keçiriləcək.

Trend-in
məlumatına görə, Şəki İdman Olimpiya Kompleksində batut
gimnastikası üzrə final, Yevlaxda boks üzrə yarımfinal, Xankəndidə
kamandan oxatma, Gəncə İdman Sarayında qılıncoynatma, Qəbələ İdman
Olimpiya Kompleksində badminton üzrə təsnifat mərhələsinin oyunları
təşkil olunacaq.

Gəncə İdman Olimpiya Kompleksində güləş, Mingəçevirdə isə karate
yarışlarına start veriləcək.




Gəncədə Azərbaycan və Özbəkistan voleybol milliləri, Qəbələdə
Özbəkistan və Qırğızıstanın futbol yığmaları üz-üzə gələcək.

Xatırladaq ki, 13 ölkədən ümumilikdə 1624 idmançının iştirak
etdiyi III MDB Oyunlarına oktyabrın 8-də yekun vurulacaq.