Qəbələdə 5 otaqlı ev yanıb.
Bu barədə “Report”a Baş Prokurorluğun mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, Aydınqışlaq kəndində ümumi sahəsi 120 m² olan birmərtəbəli, 5 otaqlı evin yanar konstruksiyaları yanıb. Bitişik talvar və yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Ən son xəbərləri bizim “WhatsApp” kanalımızda izləyin

