Ötən ay neçə nəfər xüsusi şərtlərlə əmək pensiyası alıb?

Baş səhifə

Bakı. Trend:

2025-ci ilin sentyabr ayı ərzində xüsusi şərtlərlə əmək
pensiyası alanların sayı 149 513 nəfər olub.

Trend xəbər verir ki, bu barədə Dövlət Sosial
Müdafiə Fondu (DSMF) məlumat yayıb.




Bildirilib ki, onların 113 147 nəfəri yaşa, 14 216 nəfəri
əlilliyə, 22 150 nəfəri isə ailə başçısını itirməyə görə pensiya
alıb.

Qeyd edək ki, 2024-cü ilin sentyabr ayı xüsusi şərtlərlə əmək
pensiyası alanların sayı 145 411 nəfər olub. Onların 109 956 nəfəri
yaşa, 14 492 nəfəri əlilliyə, 20 963 nəfəri isə ailə başçısını
itirməyə görə pensiya alıb.