"Qarabağ" inamlı qələbə qazanır – YENİLƏNİR

Baş səhifə

Bakıda “Qarabağ” və Danimarkanın “Kopenhagen” komandaları arasında keçirilən UEFA Çempionlar Liqasının əsas mərhələsinin II turunun oyununda növbəti qol vurulub.

Modern.az xəbər verir ki, Azərbaycan təmsilçisi hesab arasındakı fərqi artırıb – 2:0.

***

UEFA Çempionlar Liqasının əsas mərhələsinin II turu çərçivəsində Bakıda keçirilən “Qarabağ” – “Kopenhagen” (Danimarka) oyununda hesab açılıb.

Modern.az xəbər verir ki, Tofiq Bəhramov adına Respublika Stadionunda oynanılan qarşılaşmanın 28-ci dəqiqəsində Ağdam təmsilçisinin heyətində Abdullah Zubir fərqlənib.

Görüşü niderlandlı FIFA referisi Sərdar Gözüböyük idarə edir.

***

20:45

Bakıda “Qarabağ” və Danimarkanın “Kopenhagen” komandaları arasında təşkil olunan UEFA Çempionlar Liqasının əsas mərhələsinin II turunun oyunu başlayıb.

Modern.az xəbər verir ki, Tofiq Bəhramov adına Respublika stadionundakı matç saat 20:45-də start götürüb.

Qarşılaşmanı Niderlanddan olan FIFA referisi Serdar Gözübüyük idarə edir.

Qeyd edək ki, “Qarabağ” Liqa mərhələsinin I turunda Portuqaliyada “Benfika”ya qalib gəlib – 3:2. “Kopenhagen” isə evdə Almaniyanın “Bayer 04” klubu ilə heç-heçə edib – 2:2.