
Bakı.Trend:
Sabah İmişli, Saatlı, Sabirabad və Biləsuvar rayonlarının qaz
təchizatında fasilə yaranacaq.
Trend xəbər
verir ki, bu barədə zərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyindən məlumat verilib.
Bildirilib ki, “Qaz İxrac” İdarəsinə məxsus diametri 530/377/325
mm-lik “Azadkənd-İmişli” magistral qaz kəmərində korroziyaya
uğramış hissələrinin təmir olunması ilə bağlı, 02.10.2025-ci il
saat 08:00-dan etibarən işlər başa çatanadək qaz təchizatında
fasilə yaranacaq.
Qeyd edilib ki, təmir işləri aparılan müddətdə İmişli rayonu tam
olaraq (İmişli şəhəri daxil olmaqla, rayon üzrə 41 kənd, 2 qəsəbə,
həmçinin Biləsuvar rayonunun inzibati ərazisində yerləşən 11 ədəd “Cəbrayıl Məcburi köçkünlər” qəsəbəsi, qeyri-yaşayış sahələri,
cəmi: 28958 abonent), Saatlı rayonu tam olaraq (Saatlı şəhəri daxil
olmaqla, rayon üzrə 33 kənd, 1 qəsəbə, qeyri-yaşayış sahələri,
cəmi: 17352 abonent), Sabirabad rayonunun (Sabirabad şəhəri daxil
olmaqla, rayon üzrə 36 kənd, qeyri-yaşayış sahələri, cəmi: 22912
abonent, rayon üzrə abonentlərin 70%-i) bir hissəsinin qaz
təchizatının məhdudlaşdırılması, işlər başa çatdıqdan sonra qaz
təchizatının bərpası planlaşdırılır.

