
Bakı.Trend:
Azərbaycan Milli Elmlər Akademiyasında 2020-2023-ci illərdəki
qanun pozuntuları ilə bağlı araşdırma hərtərəfli aparılır.
Trend xəbər
verir ki, bunu jurnalistlərə açıqlamasında Baş prokuror Kamran
Əliyev deyib.
O qeyd edib ki, həmin cinayət işində bir neçə epizod üzrə
istintaq aparılıb:
“Məndə olan məlumata görə artıq bəzi epizodlarda ibtidai
istintaq tamamlanıb. Cinayət işləri baxılması üçün məhkəməyə
göndərilib. Zərurət olarsa, bu barədə əlavə məlumat veriləcək”.


