İsraildən sonra Misirə getdi

Baş səhifə

ABŞ Prezidenti Donald Tramp İsrailə səfərini başa vurub.

Modern.az xəbər verir ki, o, Misirə yola düşüb.

Məlumata görə, onu Ben-Qurion hava limanında İsrail Prezidenti İsxak Hersoq və Baş nazir Benyamin Netanyahu yola salıblar.

Qeyd edilir ki, Donald Tramp Qəzza sazişini imzalamaq üçün Şarm əl-Şeyxə xeyli gecikmə ilə çatacaq. Onun İsrailə səfəri nəzərdə tutulduğundan təxminən üç saat çox çəkib.