Yekaterinburuqda törədilən cinayətlə bağlı Azərbaycanda da araşdırma gedir

Baş səhifə

Yekaterinburuqda azərbaycanlılara qarşı törədilən cinayətlə bağlı Azərbaycan Prokurorluğunda da araşdırma aparılır.

Modern.az xəbər verir ki, bunu Baş Prokuror Kamran Əliyev mətbuata açıqlamasında deyib.

O bildirib ki, bu faktıarın – zor tətbiq edilməsi, işgəncə verilməsi ilə bağlı ayrıca olaraq Rusiyada da istintaq aparılır: “Bu işin də məntiqli nəticəsi olacağına inanıram”.