Bakı. Trend:
ABŞ Prezidenti Donald Tramp federal hökumətin
maliyyələşdirilməsi ilə bağlı qanun layihələri paketini
imzalayaraq, hökumətin fəaliyyətinin qismən dayandırılmasına
(şatdaun) son qoyub.
Trend-in məlumatına görə, imzalanma mərasimi Ağ Evdə baş
tutub.
“Amerika xalqının təhlükəsizliyini və firavanlığını təmin etmək
üçün vacib proqramları dəstəkləyərkən israfçı federal xərcləri
effektiv şəkildə azaldan bir maliyyələşdirmə paketini qəbul edə
bildik”, – deyə ABŞ prezidenti imzalanma mərasimi zamanı
bildirib.

