Bakı. Trend:
ABŞ Nigeriyaya kiçik bir hərbi kontingent göndərib.
Trend-in məlumatına görə, bu barədə “Reuters” agentliyi ABŞ
Afrika Komandanlığının rəhbəri general Daqvin Andersona istinadən
xəbər verib.
Bildirilib ki, bu, iki ölkənin Qərbi Afrikada terrorizm
təhlükəsinə qarşı mübarizəni gücləndirmək barədə razılığa
gəlməsindən sonra mümkün olan Amerika hərbi qüvvələrinin
Nigeriyadakı mövcudluğunun ilk təsdiqi oldu.

