Hikmət Hacıyev TDT-nin Baş katibinin müavinini qəbul edib

Baş səhifə

Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Bakıda Türk Dövlətləri Təşkilatının (TDT) Baş katibinin müavini Ömər Kocamanı, eləcə də üzv dövlətlərdən və müşahidəçilərdən gəlmiş nümayəndə heyətlərini qəbul edib.

APA xəbər verir ki, bu barədə TDT-nin “X” hesabında paylaşım edilib.

Görüş Türk Dövlətləri Təşkilatının Rəsmi Xarici Siyasət Araşdırma Mərkəzlərinin 11-ci Toplantısı çərçivəsində keçirilib