Bakı. Trend:
Amerika Birləşmiş Ştatlarının Qəzza ilə bağlı irəli sürdüyü
atəşkəs təklifi HƏMAS-ın 20 maddəlik plana cavabından asılıdır.
Trend bu barədə xarici KİV-ə istinadən xəbər verir.
ABŞ Prezidenti Donald Tramp bildirib ki, bu plan iki ildir davam
edən münaqişəni bitirməyə həddindən artıq yaxındır.
Vasitəçilər Qətər və Misir sənədi HƏMAS-a bazar ertəsi gecə
təqdim ediblər. İsrailin Baş naziri Benyamin Netanyahu isə Ağ Evdə
Trampın yanında dayanaraq təklifi dəstəklədiyini bildirib. O
vurğulayıb ki, sənəd İsrailin müharibə ilə bağlı hədəflərinə
uyğundur.

