
Bakı. Trend:
Azərbaycanda icbari tibbi sığorta sahəsində sənədləşdirmə
işlərinin təkmilləşdirilməsinə ehtiyac var.
Trend xəbər verir ki, bunu Milli Məclisin Regional məsələlər
komitəsi sədri Siyavuş Novruzov parlamentin 2025-ci il payız
sessiyasının ilk plenar iclasında çıxışı zamanı deyib.
“Vətəndaş müalicəyə gedir, oradan sənəd gətir, buradan sənəd
apar… Elə bir mexanizm seçilməlidir ki, avtomatik öz həllini
tapsın və vətəndaşımız xəstəxana ilə aidiyyəti qurum arasında uzun
müddət qalmasın”, – deyə komitə sədri vurğulayıb.
Millət vəkili xatırladıb ki, icbari tibbi sığortada xəstəxana
xərci nəzərə alınmır.
“Bu gün elə xəstəxana var ki, orada qalmaq qiyməti hotel qiyməti
ilə eynidir. Xəstəni də əməliyyat edən kimi deyə bilməzsən ki, dur
evə get. Azı bir neçə gün qalmalıdır. Sonrakı vaxtda qalmaq
istəyirsə, öz hesabına qala bilər. Yəni bu, icbari tibbi sığortaya
daxil edilməlidir. Bir hissəni biz ödəyirik, əməliyyatı və ya
həkimin xərcini, lakin elə olur ki, xəstəxana xərci əməliyyat
xərcini ötüb keçir. Hesab edirəm ki, gələcəkdə bu məsələ
qanunvericilikdə öz əksini tapmalıdır”, – deyə deputat qeyd
edib.

