“Sanderlend” üçüncü pilləyə yüksəlib – İngiltərə Premyer Liqası

Baş səhifə

Bakı. Trend:

İngiltərə Premyer Liqasının 6-cı turunda “Nottingem Forest” öz
meydanında “Sanderlend”i qəbul edib.

Trend-in
məlumatına görə, gərgin keçən qarşılaşmada qonaqlar minimal hesabla
üstün olublar – 1:0. Oyunun taleyini 38-ci dəqiqədə Omar
Alderetenin vurduğu qol həll edib.




Bu nəticədən sonra “Nottingem Forest” 5 xalla turnir cədvəlində
16-cı pillədə qalıb. “Sanderlend” isə 11 xal toplayaraq 3-cü yerə
yüksəlib.

Növbəti turda “Nottingem” oktyabrın 5-də səfərdə “Nyukasl
Yunayted”in qonağı olacaq. “Sanderlend” isə oktyabrın 4-də səfərdə
“Mançester Yunayted”lə qarşılaşacaq.