Bakı. Trend:
Qazaxıstanda benzin və dizel yanacağı qiymətlərinin
tənzimlənməsinin ləğvi bazar islahatları yolunda atılmış mühüm
addımdır.
Trend xəbər verir
ki, bunu Qazaxıstanın “RV- Oil & Gas” şirkətinin baş direktoru
Rəsul Abduxalilov Bakıda keçirilən “Xəzər və Mərkəzi Asiya – Neft
emalı, Neft-kimya, Ticarət və Logistika” mövzusunda konfransda
çıxışında deyib.
“Qazaxıstanda bu ilin fevralında benzin və dizel yanacağına
qiymətlərin tənzimlənməsi ləğv edilib. Bu, ölkə üçün bazar
islahatları yolunda mühüm addımdır. Hesab edirik ki, bu
dəyişikliklər təkcə Qazaxıstana deyil, bütövlükdə bütün regiona
təsir göstərəcək”, – deyə o bildirib.

