Tramp oktyabrda Yaponiyaya səfər etməyi planlaşdırır

Baş səhifə

Bakı. Trend:

ABŞ prezidenti Donald Tramp bu il oktyabrın sonunda Yaponiyaya
səfər etməyi planlaşdırır.

Trend-in məlumatına görə, bu barədə “Kyodo” agentliyi Yaponiya
hökumətindəki mənbələrə istinadən bildirib.




Məlumata əsasən, hazırda səfərin dəqiq tarixləri
dəqiqləşdirilir. D.Trampın 31 oktyabr – 1 noyabr tarixlərində
keçiriləcək Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq Təşkilatının
(APEC) sammitində iştirak edəcəyi Cənubi Koreyaya gedərkən
Yaponiyada dayanacağı gözlənilir.

Bu, Trampın ikinci dövründə Yaponiyaya ilk səfəri olacaq.