ABŞ İranla nüvə məsələsi üzrə danışıqları davam etdirir – Stiv Uitkoff

Baş səhifə

Bakı. Trend:

Tehrana qarşı sanksiyaların mümkün bərpası fonunda Vaşinqton
İranla dialoqu davam etdirir.

Trend-in
məlumatına görə, bu barədə ABŞ prezidentinin xüsusi elçisi Stiv
Uitkoff deyib.




“İrana gəlincə, biz onlarla danışıqlar aparırıq. Biz hamı ilə
danışıqlar aparırıq, və bunu etməliyik. Bizim işimiz budur –
məsələləri diplomatik yolla həll etmək”, – deyə o, Nyu-Yorkda BMT
Baş Assambleyasının sessiyası ilə paralel keçirilən “Konkordia”
sammitində deyib.

Uitkoff əlavə edib ki, ABŞ “davamlı həll yolu tapmaq və
sanksiyaların bərpası məsələsində razılığa gəlmək istəyir və bunu
edə bilməsək, sanksiyalar lazım olduğu kimi olacaq”.