
Bakı. Trend:
Elm və Təhsil Nazirliyi tərəfindən özəl məktəbəqədər təhsil
müəssisələri üçün qrant müsabiqəsi elan edilir.
Trend
xəbər verir ki, bu barədə Nazirlik məlumat yayıb.
Bildirilib ki, qrant müsabiqəsinin əsas məqsədi 2025-2026-cı
tədris ilində məktəbəqədər təhsil sahəsində valideyn-dövlət-özəl
əməkdaşlığına əsaslanan maliyyələşmə modelinin tətbiqi ilə
məktəbəqədər təhsilin əhatə dairəsinin genişləndirilməsidir.
Müraciət üçün son tarix 10 noyabr 2025-ci ildir.
Qeyd edək ki, “Azərbaycan Respublikasının 2022‒2026-cı illərdə
sosial-iqtisadi inkişaf Strategiyası”nın icrası ilə əlaqədar
məktəbəqədər təhsil sahəsində alternativ təhsil və maliyyələşmə
modelləri əsasında əhatəliliyin artırılması və məktəbəqədər təhsilə
cəlb edilmiş uşaqların 1-5 yaşlılara nisbətinin 50 faizə
çatdırılması nəzərdə tutulub. Strategiyanın hədəfinə nail olunması
üçün Elm və Təhsil Nazirliyi tərəfindən həyata keçirilən tədbirlər
davam etdirilir.
Müsabiqə ilə bağlı ətraflı məlumatla elan vasitəsilə tanış ola
bilərsiniz.
Özəl məktəbəqədər təhsil müəssisələri üçün qrant
müsabiqəsi – elan

