Dünən Ağdam rayonunda mina partlaması nəticəsində həlak olan ehtiyatda olan gizir Səyyaf Əhmədovla (“Gizir Xanı”) vida mərasimi keçirilib.
APA-nın Qarabağ bürosu xəbər verir ki, mərasim mərhumun yaşadığı məcburi köçkünlər üçün salınmış Ağdam rayonu Baharlı qəsəbəsində keçirilib.
“Gizir Xanı” Ağdam rayonunun Üçoğlan kəndi ərazisində qəbristanlıqda dəfn olunacaq.

